"Sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb"


  • 17:35

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Biz bir neçə dəfə açıqlama vermişdik ki, son iki açıq maddə qalıb. Bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə bizə çatdırıb. Ona görə mətn üzrə işlərin yekunlaşdırıldığını qeyd edə bilərik.

E-huquq.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə olan iddiaların konstitusiyada dəyişiklik yolu ilə baş tutmasıdır. Təbii ki, bu, sazişin imzalanması üçün labüd şərtdir. Bundan əlavə, keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsisatlarının ləğv edilməsi vacib amildir", - deyə nazir diqqətə çatdırıb.

Oxşar xəbərlər