- 11:02
Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
E-huquq.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.
Diplomat qeyd edib ki, görüş zamanı ikitərəfli gündəliyin genişləndirilməsi, tərəflərin strateji prioritetləri və geniş regionda geosiyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.