Hikmət Hacıyev: Ermənistan bölgədə nəhəng mina istehsalçısı kimi qalmaqda davam edir


  • 1 Mart 19:29

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minaların yaratdığı təhlükəyə diqqət çəkib.

E-huquq.az xəbər verir ki, paylaşımında minaları "səssiz ölüm" adlandıran H. Hacıyev bu məsələdə məsuliyyəti bilavasitə rəsmi İrəvanın daşıdığını qeyd edib:

"“Səssiz ölüm” - Ermənistan tərəfindən Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində milyonlarla insana qəsdən yerləşdirilməsi, ağır nəticələrə, dinc əhalinin həyatına son qoyulmasına, insanların ömürlük əlil olmasına və ciddi psixoloji sarsıntılara səbəb olmasıdır. Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir".

Oxşar xəbərlər