Türkiyə Prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsini andı


  • 26 Fevral 14:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti öz sosial media hesabında paylaşım edib.

"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm",-paylaşımda qeyd olunub.

Oxşar xəbərlər