- 24 Fevral 22:41
Fevralın 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilib.
E-huquq.az xəbər verir ki, ziyafətdə Azərbaycan və Pakistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
***
18:36
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilir.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.