- 11 Fevral 22:59
Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci ilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional təhlükəsizlik departamentinin direktoru Azər Musayev arasında görüş baş tutub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.