Los-Ancelesdəki Baş Konsulluğumuz öz binasında fəaliyyətini bərpa etdi


  • 10 Fevral 10:50

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu fəaliyyətini öz binasında bir neçə həftə öncə bərpa edib.

E-huquq.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

"Azərbaycan Los-Ancelesdəki Baş Konsulluğu fəaliyyətini öz binasında 2-3 həftə əvvəl bərpa edib", - müvafiq suala cavabında A.Hacızadə bildirib.

Xatırladaq ki, yanvarın 7-də XİN-dən bildirilmişdi ki, 7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar Baş Konsulluğun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Buna baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edirdi.

Oxşar xəbərlər