- 14:02
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" hesabında məlumat yayıb.
Görüşdə H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.