Nazir: "Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv səylərini davam etdirəcək"


  • 29 Yanvar 15:35

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi daha geniş coğrafiyada iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən II üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, məhz bu bölgə vasitəsilə Şərq-Qərb Orta Dəhlizinin yeni arteriyasının salınması həyata keçirilir və bunun böyük perspektivi görünür.

Nazir həmçinin, Ermənistanla sülh sazişinin tamamlanmasının önəmini vurğulayıb. O əlavə edib ki, Ermənistan Konstitusiyası və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı qalan ərazi iddiaları və revanşizm meyilləri narahatlıq doğurur: “Bu istiqamətdə Azərbaycan Respublikası öz konstruktiv səylərini davam etdirəcək”.

Ceyhun Bayramov üç ölkə arasında nəqliyyat sahəsində qəbul edilən Yol Xəritəsi əsasında bir sıra layihələrin həyata keçiriləcəyini də qeyd edib.

Mənbə: APA

Oxşar xəbərlər