Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirildi - FOTO


  • 27 Yanvar 18:27

Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.

“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.

Oxşar xəbərlər