Ayxan Hacızadə: Fransa XİN başçısının iddialarını qətiyyətlə pisləyirik


  • 26 Yanvar 08:39

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barronun iddialarına cavab verib.

E-huquq.az xəbər verir ki, nazirliyin sözçüsü bu barədə “X” hesabında yazıb.

“Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniyanın yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir.

Məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb. Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir.

Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini zəiflədir. Keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirir. Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək. Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik”, - Ayxan Hacızadə qeyd edib.

Oxşar xəbərlər