İlham Əliyev XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafətdə iştirak etdi - FOTO - YENİLƏNDİ


  • 23 Oktyabr 23:00

Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.

***

21.58

Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Dövlətimizin başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.

Oxşar xəbərlər