İlham Əliyev Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşdü - FOTO - YENİLƏNDİ


  • 18:49

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

E-huquq.az xəbər verir ki, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğulayıb. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu deyib və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edilib.

***

17:36

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

E-huquq.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Oxşar xəbərlər