Azərbaycan Prezidenti Tatarıstanın “Dostluq” ordeni ilə təltif edildi


  • 16:23

Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunub.

E-huquq.az xəbər verir ki, Azərbaycan dövlət başçısının Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü zamanı müvafiq Fərman oxunub.

“Tatarıstan Respublikası Rəisinin Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunur”, - Fərmanda qeyd edilib.

Azərbaycan Prezidenti belə yüksək mükafata görə təşəkkürünü bildirib.

Oxşar xəbərlər