Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşdü


  • 26 Sentyabr 22:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezident Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.

E-huquq.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.

Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.

Oxşar xəbərlər