ABŞ-də Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək


  • 25 Sentyabr 14:23

Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə e-huquq.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

“Nyu-Yorkda sentyabrın 26-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş planlaşdırılır”, - A.Hacızadə bildirib.

O qeyd edib ki, hazırda əlavə heç bir təfərrüat barədə danışa bilməz.

Oxşar xəbərlər