- 15:56
Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir.
E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Azərbaycanın şərtlərinin yerində qaldığını xatırladan dövlət başçısı qeyd edib: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.