MSK sədri: Deputatlığa namizədlərin qeydə alınması şəffaf şəkildə həyata keçirilib


  • 21 Sentyabr 15:33

Deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi şəffaf və açıq şəkildə həyata keçirilib.

E-huquq.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 21-də keçirilən iclasında söyləyib.

O bildirib ki, seçkidə iştirak etmək arzusunda olan bütün namizədlərə təşviqat və təbliğat üçün lazımi şərait yaradılıb. Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6478 seçki məntəqəsi üzrə keçirilib.

Məntəqələrdə 6 milyon 421 min 960 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb.

Oxşar xəbərlər