Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülh üçün bundan sonra da səylərini əsirgəməyəcək


  • 16 Sentyabr 18:52

ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcək.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Oxşar xəbərlər