Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb - FOTO


  • 6 İyul 09:29

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

İclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.

Toplantıda çıxış edən nazir bu mühüm görüşün təşkilatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib: “Əminik ki, bu mühüm görüş təşkilatın və mövcud əməkdaşlıq potensialının maksimuma çatdırılmasına töhfə verəcək”.

İclasdan əvvəl XİN başçıları ailə fotosu çəkdirib.

Oxşar xəbərlər