Ərdoğan Şuşa şəhərində keçiriləcək zirvə toplantısında iştirak edəcək


  • 30 İyun 01:05

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir.

E-huquq.az xəbər verir ki, Türkiyə preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.

Belə ki, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.

Bundan sonra o iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.

Oxşar xəbərlər