ATƏT DTİHB növbədənkənar parlament seçkilərinin uzunmüddətli müşahidəsinə dəvət ediləcək


  • 29 İyun 16:45

Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu parlament seçkiləri ilə əlqadər dəvət edəcəyik. Səhv etmirəmsə, onlar yay dövründə uzunmüddətli müşahidə keçirmirlər.

E-huquq.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qısamüddətli müşahidə keçirəcəklər: “Amma biz istərdik ki, uzunmüddətli müşahidə keçirsinlər. Biz çox məmnuniyyətlə onları burada qarşılamağa hazırıq”.

Oxşar xəbərlər