Avqustun 22-dək parlament seçkiləri ilə əlaqədar Azərbaycanın bütün seçki dairələrində müşahidələrin aparılması üçün müraciətlər qəbul ediləcək


  • 29 İyun 16:33

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) tərəfindən Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək davam edəcək.

E-huquq.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.

O bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilə əlaqədar bu proses avqustun 22-dək davam edəcək.

Oxşar xəbərlər