- 28 Aprel 23:21
Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradılacaq.
E-huquq.az xəbər verir ki, bu barədə qanunverici orqanın qərar layihəsində bildirilib.
“Gürcüstan parlamentinin dostluq qruplarının yaradılması haqqında” sənədə əsasən, dostluq qrupları 60-dan çox ölkə ilə formalaşdırılacaq.
Parlamentinin Xarici əlaqələr komitəsinin bugünkü iclasında qərar layihəsi müzakirə olunub.
Qanunverici orqanın yaxın günlərdə keçiriləcək plenar iclasında sənəd müzakirəyə çıxarılacaq. Sənədin qəbulundan sonra dostluq qruplarının tərkibi və rəhbəri müəyyən ediləcək.
Qeyd edək ki, Gürcüstanın əvvəlki parlamentində Azərbaycanla dostluq qrupunda 36 deputat təmsil olunub. Qrupun rəhbəri o zamankı vitse-spiker Kaxaber Kuçava olub. Onun parlamentdə tutduğu vəzifədən istefasından sonra qrupa digər vitse-spiker Arçil Talakvadze rəhbərlik edib.