- 00:09
Biz quru yolların təmiri və bərpası üçün layihələrimizi həyata keçiririk. Astarada (İran) da eyni fəaliyyətlər həyata keçirilir.
E-huquq.az xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən deyib.
“Bu kommunikasiyalar ölkəmizlə Azərbaycan arasında ticari əlaqələri gücləndirə bilər. İkincisi, Azərbaycan İranla Rusiya arasındakı əlaqələrdə, ticarət daşınmalarında qovuşdurucu rol oynaya bilər. Üçüncü, Azərbaycan özü İran və Fars körfəzinin imkanları vasitəsilə nəqliyyatını İran torpaqlarına həyata keçirə bilər.
Məhz buna görə də İran bu gün bu sahədə öz üzərinə düşəni həyata keçirir və Azərbaycan Prezidenti ilə görüşdə də həmin sahənin daha da asanlaşdırılması üçün layihələrin düzgün həyata keçirilməsi istiqamətində söhbətlərimiz olacaq”, - İran Prezidenti qeyd edib.