İlham Əliyev Syerra-Leone Respublikasının Prezidentini təbrik etdi


  • 10:50

Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu ünvanlayıb.

E-huquq.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Oxşar xəbərlər