- 11:48
Azərbaycanda “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq olunacaq.
E-huquq.az xəbər verir ki, bu, dövlət başçısının aprelin 19-da imzaladığı “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklə bağlı Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti “e-mühasibat” informasiya sistemi haqqında əsasnaməni dörd ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Həmçinin Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir.
Maliyyə Nazirliyi isə “e-mühasibat” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər və “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.