- 16 Aprel 17:13
Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə iki Sərəncam imzalayıb.
Qeyd edək ki, Anar Bayramov 1975-ci ildə anadan olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb. Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
Rəşad Mustafayev isə 1978-ci ildə anadan olub. 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.