- 13:16
Cənubi Koreya Baş Qərargahı Koreya Xalq Demokratik Respublikasının (KXDR) Sarı dənizə doğru çoxsaylı ballistik raketlər atdığını iddia edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş Qərargahın açıqlamasında Şimali Koreyanın yerli vaxtla saat 13:50 radələrində Hvanqhae bölgəsindən Sarı dənizə doğru çoxsaylı ballistik raketlər atdığı iddia edilib.
Qeyd olunub ki, Cənubi Koreya ordusu ABŞ ilə koordinasiyalı şəkildə hadisələri izləyir və döyüş hazırlığı vəziyyətində olacaq.
Digər tərəfdən, ABŞ və Cənubi Koreya Şimali Koreyanın regional təhdidlərinə qarşı birgə müdafiə imkanlarını gücləndirmək üçün bu gün “Azadlıq Qalxanı 2025” təliminə başlayıb.
Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, birgə hərbi təlim təhlükəli təxribat xarakterli hərəkət kimi pislənilib.
Humay Eminqızı