Prezident fərman imzaladı


  • 15:56

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli Fərmanlarında dəyişiklik edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Qeyd edək ki, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Oxşar xəbərlər