Bəzi dövlət qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırıldı


  • 27 Yanvar 17:39

Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılıb.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Həmin dövlət orqanları aşağıdakılardır:

- Müdafiə Nazirliyi;

- Daxili İşlər Nazirliyi;

- Fövqəladə Hallar Nazirliyi;

- Dövlət Sərhəd Xidməti;

- Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;

- Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;

- Dövlət Gömrük Komitəsi;

- Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

- Dövlət Təhlükəsizliyi Xidməti;

- Xarici Kəşfiyyat Xidməti;

- Dövlət Miqrasiya Xidməti;

- Prezidentin Təhlükəsizlik Xidməti;

- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

- Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

Oxşar xəbərlər