Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları artırıldı


  • 27 Yanvar 17:28

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Agentliyi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.

Oxşar xəbərlər