- 28 Yanvar 17:55
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
E-huquq.az xəbər verir ki, fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Xarici Kəşfiyyat Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.