Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırıldı


  • 15:13

Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Polad Bülbüloğlu sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.O, yeni çağırış parlamentin ilk iclasında Mədəniyyət Komitəsinin sədri seçilib.

Oxşar xəbərlər