ARDNF-nin İcraçı direktoruna müavin təyin edildi


  • 13 İyun 16:30

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoruna müavin təyin edilib.

E-huquq.az xəbər verir ki, bunula bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəhruz Fərman oğlu Bəhramov ARDNF-in İcraçı direktoruna müavin təyin olunub.

Qeyd edək ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırkı tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib.

Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Oxşar xəbərlər