Nigeriyada silahlı hücumlar zamanı 42 nəfər həyatını itirib


  • 7 İyun 16:58

Nigeriyanın Zamfara və Katsina əyalətlərində silahlı hücumlar zamanı 42 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zamfara əyalətinin polis komissarı Məhəmməd Şehu Dalican məlumat verib.

Məlumata görə, Zurmi bölgəsindəki Maqarya kəndinə təxminən 300 silahlı dəstə üzvü gələrək atəş açmağa başlayıb.

Hücumda 7-si polis olmaqla 12 nəfər ölüb.

Silahlı dəstə üzvləri Katsina əyalətinin Dutsinma və Safana kəndlərinə də hücum ediblər.

İki kəndə hücum zamanı 30 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

Kənd sakinlərinin bir qismi silahlı dəstə üzvlərinin hücumlarına görə evlərini tərk edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər