Hərbçilərin törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlərin təhqiqatı qaydası dəyişir


  • 13:29

Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən yeni - 214.4-1-ci maddədə əksini tapıb.

Bununla əlaqədar hərbi məhkəmələrin baxdığı işlər siyahısına məhkəmədəyək sadələşdirilmiş icraat üzrə materiallar daxil edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər