"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna dəyişiklik edildi


  • 22 İyun 12:30

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna dəyişiklik edilib.

E-huquq.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”na aşağıdakı məzmunda hissələr əlavə edilsin:

- AZTV

- Mədəniyyət TV

- İdman TV

- Azərbaycan Radiosu

- Azərbaycan Beynəlxalq Radiosu.

Oxşar xəbərlər