Milli Məclis dövlət büdcəsinə dəyişikliyi birinci oxunuşda qəbul edib


  • 7 İyun 12:31

Milli Məclisdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

E-huquq.az xəbər verir ki, görə, dəyişikliklər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və maliyyə naziri Samir Şərifov məlumat verib.

Qeyd edək ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər