- 05 noy 2021 14:40
- Qanunvericilik
“Korrupsiya cinayətləri, vəzifə səlahiyyətlərdən sui-istifadə, dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət vermə və digər cinayətlər bu amnistiyanın əhatə dairəsinə daxil deyil”.
E-huquq.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov parlamentin iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu amnistiya vətənimizin ərazi bütövlüyü ilə bağlı hər hansısa formada zərər görən bütün şəxslərə şamil edilir: “Ona görə də həm əhatə dairəsinə görə, həm mahiyyətinə görə qarşıdan gələn Zəfər Gününə layiq bir aktdır və cənab Prezidentin xalqa hədiyyəsidir”.