Şəkidə soyğunçuluqda təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu


  • 25 Aprel 14:51

Şəkidə soyğunçuluqda təqsirləndirilən Babək Məmmədov, Nicat Kərimov və Namiq Əliyevin (ad və soyadlar şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Şəki Rayon Məhkəməsində hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər üç şəxs Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək B.Məmmədov 3 il, 6 ay, N.Kərimov 4 il, N.Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, onlar Şəki rayonu, Şorsu kəndində zərərçəkmişə məxsus həyətyanı sahədə yerləşən tövlədən 9 baş xırdabuynuzlu heyvanı soyğunçuluq yolu ilə ələ keçirərək ümumilikdə 3760 manat dəyərində maddi ziyan vurublar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər