- 25 Aprel 21:18
Bakıda qonşusunu döyməkdə təqsirləndirilən Cavidan Babayevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C.Babayev 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, hadisə ötən ilin oktayabr ayında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında baş verib. C.Babayev qonşusu Ə.Orucovun onun ünvanına nalayiq ifadəılər işlətməsini əsas gətirərək bu səbəbdən aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun sifət nahiyəsindən bir dəfə vuraraq ona burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, tənəffüs pozulması, hər iki qulaq pərdəsinin hiperemiyası, kürək, bel və sağ bazu nahiyələrinin qançırları ilə müşaiət olunan dərəcəsinə görə sağlamlığın qısa müdətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurub. C.Babayevə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə