Məhkəmə qayınanasının ölümündə ittiham olunan şəxslə bağlı qərar verdi


  • 25 Aprel 13:39

Siyəzəndə ölümlə nəticələnən yol qəzası töprətməkdə təqsirləndirilən İsmayıl Qədirovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Siyəzən Rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Qədirov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətə
azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində qeydə alınıb. Belə ki, İ.Qədirovun idarə etdiyi "Mercedes Benz E 280" markalı avtomobil idarəetmədən çıxsraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişnlər - İ.Qədirovun həyat yoldaşı M.Qədirova, baldızı Ç.Əliyeva və qayınanası D.Əliyeva xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D.Əliyeva orada dünyasını dəyişib.

1981-cı il təvəllüdlü İ.Qədirov şirkətlərin birində gözətçi kimi fəaliyyət göstərirmiş.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər