Lənkəranda yasda dava düşdü, 3 nəfər xəsarət aldı


  • 23 Aprel 16:20

Lənkəranda yas mərasimində 3 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Nigar Tağıyevanın (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Lənkəran Rayon Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Tağıyeva Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, N.Tağıyeva 04 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı Lənkəran rayonu, Xarxatan kəndində yerləşən mərasim evində ehsan verilməsi ilə əlaqədar həmin mərasim evinin həyətində yerləşən mətbəx kimi istifadə olunan tikilidə samovarlardan su qaynadılması ilə məşğul olan bibisi İlahə Dadaşaova (şərti ad-soyad), həmkəndliləri Zərifə Məmmədova (şərti ad-soyad) və Validə Kərimovaya (şərti ad-soyad) yaxınlaşaraq, ona məxsus samovardan icazəsini almadan istifadə etmələrinə irad bildirərkən, sonuncuların samovarın mərasim evinə aid olduğunu deməsindən əsəbiləşərək, aralarında həmin zəmində, yəni şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı içərisi qaynadılmış su ilə dolu olan samovarı əli ilə qəsdən zərrəçəkmişlərin üstünə doğru itələyib aşırmaqla, samovardakı qaynar suyu sonuncuların üzərinə tökərək qəsdən onların sağlamlığa yüngül zərər vurub.

Məhkəmə iclasında dindirilmiş N.Tağıyeva ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, o, Lənkəran rayonu, Xarxatan kəndində yerləşən mərasim evində yas mərasimləri zamanı samovarda çay qaynadır və bunun müqabilində yas sahibləri ona 15-20 manat pul verirlər. Buna görə də, o, özünə məxsus samovarı həmin yas yerində saxlayır. Hadisə baş verən gün o, həmin mərasim evinə gedən zaman zərərçəkmiş şəxslərin həmin mərasim evində ona məxsus olan samovarda su qaynatdıqlarını görüb. O, həmin vaxt onlara irad bildirərək, həmin samovardan niyə istifadə etdiklərini bildirdikdə Zərifə ona “əcəb edirəm, özüm bilərəm, sən kimsənki nənə göstəriş verirsən demişdir. O, isə ona həmin samovarın özünə məxsus olduğunu bildirib. Lakin Zərifə yenə də onunla kobud danışdığı üçün onların arasında münaqişə yaranmış və münaqişə zamanı Zərifə onun üzərinə gələrək, sillə ilə sifətinin sol nahiyəsinə zərbə vurub, Validə isə onun kürək nahiyəsinə yumruqla vurmağa başlayıb. Bu zaman onların arasında münaqişə yaranmış və münaqişə zamanı o, içərisində qaynar su olan samovarı aşırıb. Təqsirləndirilən şəxs məhkəmənin suallarına cavab olaraq bildirib ki, əməlindən peşmandır. zərərçəkmiş şəxslərlə barışmağa cəhd göstərsə də, onunla barışmayıblar. Üç azyaşlı uşağı var. Övladlarından biri autizm xəstəliyindən əziyyət çəkir. Odur, ki məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər