Piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə hökm oxundu


  • 23 Aprel 15:28

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası törətməkdə təqsirləndirilən Məmməd Əliyevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Əliyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində baş verib. Belə ki, M.Əliyev idarə etdiyi "İsuzu-Saz" Ecobus markalı, 112 nömrəli xətt avtobusu ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1956-ci il təvəllüdlü Rzayeva Böyükxanım İldırım qızını vurub. Ağır xəsarət alan qan xəstəxanaya yerləşdirilib. O, bir neçə gün sonra müəalicə aldığı xəstəxanada ölüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər