"ASAN Könüllüləri" Ali Məhkəmədə olublar - FOTO


  • 11:05

"ASAN Könüllüləri" növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Könüllülər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Teyyub Muxtarov könüllülərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Sonda könüllülər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

Oxşar xəbərlər