Talassemiya işi üzrə məhkəmə hava şəraiti ilə bağlı təxirə salındı


  • 16 Aprel 11:10

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam etdirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər hava şəraiti ilə əlaqədar məhkəmədə iştirak etməyiblər .

Qeyd edək ki, məhkəmənin təmin etdiyi vəsatətə əsasən Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı eləcə də Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərova məhkəmə prosesində iştirak ediblər.

Onlar şahid qismində məhkəmənin növbəti iclasına çağırılıblar. Hakim onların növbəti məhkəmədə iştirakının zəruri olduğunu qeyd edib.

Məhkəmənin növbəti iclası 23 aprel tarixinə təxirə salınıb.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.


Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər