- 23 Aprel 17:14
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
E-huquq.az xəbər verir ki, Sərəncama əsasən, Natiq Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin, Elmir Xoşbəxt oğlu Hüseynov Füzuli Rayon Məhkəməsinin sədri, Marif Sabir oğlu Kazımov Kürdəmir Rayon Məhkəməsinin sədri, Ruslan Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin sədri, Gülsarə Kərimovna İmanova Zəngilan Rayon Məhkəməsinin sədri vəzifələrinə təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.