Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı


  • 11 Aprel 15:10

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikintisinə başlanılıb.

E-huquq.az xəbər verir ki, yeni bina Sabunçu rayonunun Zabrat qəsəbəsində, 1 saylı Bakı İstintaq Təcridxanasının (“Kürdəxanı” təcridxanası) yaxınlığında inşa olunur.

Tikinti işlərinə bir neçə gün əvvəl start verilib. Layihəyə əsasən, bina 2027-ci ilin birinci yarısında tam hazır olaraq istifadəyə verilməlidir.

mənbə: Qafqazinfo

Oxşar xəbərlər