- 11 Aprel 21:52
"Son illərdə Azərbaycanda məhkəmə sahəsində bir sıra islahatlar apaırlıb və bu islahatlar davam etməkdədir. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların həyata keçirilməsində bir növ yol xəritəsidir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, hakimliyə namizədlərin seçiminin 3 mərhələyə endirilməsi, Məhkəmə-Hüquq Şurasında şəffaflığın tam təmin olunması, yeni hakim təyinatları, məhkəmə iclaslarının auido və video yazılarının aparılması və s. vətəndaşların ədalət mühakiməsinə əlçatanlılığının təmin edilməsi baxımından olduqca təqdirəlayiq addmlardır.
Deputat yeni hakim təyinatları barədə də danışıb: "Hesab edirəm ki, uzun müddət ərzində məhkəmə-hüquq sistemində işləyən bu şəxslər öz yeni fəaliyyətlərində islahatların dərinləşməsinə və məhkəmələrə vətəndaş etimadının artırılmasına xidmət edəcəklər. Bu mənada yeni təyinatları dəstəkləyir, həmin hakimlərə yeni vəzifələrində uğrular arzulayırıq".
Şəbnəm Mehdizadə